Kassir – nəzarətçi (Bakı)

İşin təsviri

İşin təsviri:

  • Qayda və təlimatların tələbinə uyğun şəhərlərarası (rayonlararası) istiqamətə sərnişin biletlərinin satışını və geri qaytarılmasını həyata keçirir, ciddi hesabat blanklarının, maliyyə blanklarının qorunub saxlanmasını təmin edir;
  • Qurğu və avadanlıqların işinə nəzarət edir, onların saz saxlanmasına cavabdehlik daşıyır, bilet satışında əldə olunmuş pul vəsaitini böyük kassir-nəzarətçiyə təhvil verir;
  • Qanunvericiliyin tələbinə müvafiq daxili intizam qaydalarının, vəzifə öhdəliyini tənzimləyən digər qayda və təlimatların tələbini yerinə yetirir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qayda və normalarının tələblərinə əməl edir; 
  • Müraciət edən sərnişinlərə dolğun məlumat verir, onlara köməklik göstərir, nəzakətlə diqqət və qayğı göstərir; 
  • Funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görür.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Orta  təhsil və sahə üzrə 1 il iş təcrübəsi;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, müştəriyönümlülük və diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı.

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 05.11.2023

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.