Kredit mütəxəssisi (yığım üzrə, Şamaxı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş portfel üzrə problemli borcalanlara, zaminlərə, girovqoyanlara mütəmadi zənglərin edilməsi, onlarla görüşlərin keçirilməsi və müvafiq yazışmaların aparılması;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Kredit borcu əvəzi təşkilatın adına rəsmiləşdirilən əmlakların monitorinqi, satılması və digər müvafiq işlərin görülməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək və aparılmış işlərə dair qeydlər aparmaq;
  • Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Baş Ofisə təqdim etmək;
  • Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
  • Məhkəmə qərarlarının icrasına nəzarət və müvafiq icra şöbələri ilə sıx iş birliyi qurmaq;
  • Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
  • Baş Ofis və filial rəhbərliyi tərəfindən tələb olunan hesabatların vaxtında icrasını təmin etmək;

Tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Kompüter bilikləri;
  • Riyazi biliklər
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı

 

Əmək haqqı: 500-700 AZN +Bonus 

İş vaxtı: 09:00-dan 18:00-dək, həftə içi 5 gün.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarınızı elektron poçt ünvanına və ya +994556776637 whatsapp nömrəsinə göndərə bilərsiniz