Problemli kreditlər üzrə mütəxəssis

İşin təsviri

İş vaxtı: 09:00-dan 18:00-dək, həftə içi 5 gün.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş portfel üzrə problemli borcalanlara, zaminlərə, girovqoyanlara mütəmadi zənglərin edilməsi və müvafiq yazışmaların aparılması;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Kredit borcu əvəzində təşkilatın adına rəsmiləşdirilən əmlakların monitorinqi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək və aparılmış işlərə dair qeydlər aparmaq;
  • Problemli borcalanlarla bağlı monitorinqin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında icrasını təmin etmək;

Tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Təhlil etmək və müştərilərlə işləmək qabiliyyəti
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı

Əmək haqqı mütəxəssisin təcrübəsinə uyğun olaraq razılaşma ilə. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarınızı elektron poçt ünvanına göndərə bilərlər.