Xərclərə Nəzarət üzrə Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Restoran tərəfindən təqdim edilən məhsulların (yeməklər, qənnadı məmulatlar, içkilərin) hesablamalarını aparmaq və qiymətini müəyyənləşdirmək;
  • Reseptlərdəki dəyişikliklərə, alış qiymətlərinə və ticarət marjalarına uyğun olaraq maya dəyəri kartlarına müvafiq düzəlişlər etmək;
  • Restoranın menecerinin və aşpazın tələblərinə əsasən, yeməklərin və kulinariya məhsullarının hazırlanması üçün tələb olunan məhsulların miqdarını hesablamaq;
  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Aylıq maya dəyəri hesabatlarının hazırlanmasında iştirak etmək və nəticəni analiz etmək;
  • Maya dəyəri ilə bağlı digər müvafiq hesabatların hazırlanması;
  • Inventarlaşmada və Audit yoxlamalarında iştirak etmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırqları yerinə yetirmək

Namizədə dair tələblər:

  • Ali Təhsil (Maliyyə, İqtisadiyyat)
  • Bəy Namizədlər
  • Yaş : 25 – 35
  • Qida sənayəsində oxşar vəzifədə 2 il iş təcrübəsi
  • Microsoft Office proqramlarını bilməli (Excel yüksək səviyyədə)
  • Hesabatvermə sahəsində təcrübə üstünlükdür.
  • Vizuallaşdırma proqramlarını (Power BI) bilmək üstünlükdür.
  • Komandada işləmək bacarığı
  • Analitik düşüncə qabiliyyəti və nəticə yönümlü olmalı

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00

Təminatlar:

  • AR Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
  • Korporativ nömrə ilə təminat
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı : - 1200-1500 AZN (NET)