SƏTƏM üzrə mühəndis (yarım ştat)

  • Askona
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Azı 3 il bu sahədə iş təcrübəsi olmalı
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Yaş: 22-40

Vəzifələr:

  • Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırma;
  • Təhlükəsiz və sağlam iş şəraiti yaratmaq üçün tədbirlərin aparılması;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılması;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, təlimatların və əmrlərin hazırlanması;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud forma və qaydalara uyğun olaraq hesabat hazırlamaq;
  • Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
  • Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

İş qrafiki: 5 günlük 

Əmək haqqı: 500-1000 manat (müsahibə əsasında müəyyənləşdiriləcək)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “SƏTƏM üzrə mühəndis (yarım ştat)” qeyd etməklə göndərmələri xahiş olunur.