Marketinq üzrə mütəxəssis

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 24.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul spesifikasiyasına uyğun bazarın araşdırılması, analizi və hesabatların hazırlanması
  • Rəqiblərin analizi, meyarlarının araşdırılmasi və inkişaf üçün təkliflərin verilməsi
  • Məhsullar üzrə marketinq planlarının və layihələrinin həyata keçirilməsi
  • Biznes proses və prosedurların hazırlanmasında iştirak
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili
  • Təşkil olunan korporativ və digər tədbirlərin həyata keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: müsahibə əsnasında bildiriləcək

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı

Tələblər:

  • Marketinq sahəsində ən azı 2+ il iş təcrübəsi
  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-əla, İngilis dili-yaxşı
  • Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli
  • Marketinqin əsas prinsiplərini yaxşı bilməli
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı