Baş Audit

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
  • Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
  • Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
  • Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
  • Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
  • Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
  • Audit obyektlərinin həcmini müəyyən etmək;
  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
  • Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
  • Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
  • Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
  • Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
  • Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
  • İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
  • Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
  • Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
  • Risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək;
  • Mühasibat uçotu, vergi məcəlləsi üzrə  Azərbaycan Respublikasının qanunlarını, normativ hüququ aktlarını, mövçud uçot-hesabat formaları və onların tərtibi qaydalarını, əmək haqqının ödənilməsi haqqında qüvvədə olan əsasnaməni, sənədli təftiş və yoxlamaların aparılma qaydalarını və əmək qanunvericiliyinin əsaslarını bilmək

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi
  • Maliyyə Hesabatları üzrə biliklər;
  • ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Səlis Azərbaycan dili və dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
  • Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxtın səmərəli idarəedilməsi bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı.
  • Ezamiyyətə getmək imkanı

İş şəraiti:

  •  İş günləri: I-V günlər;
  •  İş saatı: 09:00-18:00.

Əmək haqqı: 1500-2000 Müsahibə əsasında təyin ediləcək.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Baş Audit” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

CV-lər mail ünvanına göndərilsin, zəhmət olmasa.

Professional Real Estate Services tərəfindən digər vakansiyalar