Təchizat üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:   

  • Təhsil: Ali;  
  • Müvafiq sahə üzrə iş təcrübəsi 2 il; 
  • Aqrar sahə üzrə biliklərin olması arzuolunandır;  
  • Kompüter bilikləri: Excel bilikləri (orta səviyyədə), 1C proqramı üzrə baza biliklər;  
  • Dil bilikləri: Azərbaycan dili - sərbəst, Rus dili – orta;   
  • Analitik düşüncə.  

Vəzifə öhdəlikləri:  

  • Satışla bağlı sifarişlərin logistika şirkətləri vasitəsilə çatdırılmasının təmin edilməsi və koordinasiyası;
  • Sifarişlərin analiz edilməsi və aidiyəti ünvana yönləndirilməsi;
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
  • Sifariş edilmiş malların/xidmətlərin vaxtında təhvil-təsliminin təşkili, tələbə uyğun olub-olmamasının müəyyən edilməsi və qeydiyyatının aparılması;
  • Regional anbarlardan və satış nöqtələrindən gələn müraciətlərin cavablandırılması və yönləndirilməsi;
  • Sənədlərin reyestrinin aparılması;
  • Mütamadi olaraq stokdakı malları analiz edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 731 - 842 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.