Biznes İnnovasiyaları üzrə Assistent

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 20.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Görüşlərin planlaşdırılması, görüş qeydlərinin aparılması və faylların toplanması daxil olmaqla Biznes İnnovasiyaları departamentinə inzibati dəstək göstərmək
  • Məhsul araşdırması, yaradılması və məhsulda maraqlı tərəflərlərlə koordinasiya işlərinin təşkili daxil olmaqla, məhsulun idarə edilməsi fəaliyyətlərinin dəstəklənməsi
  • Departament daxilində fərqli məlumatların əlçatanlığını təmin etmək üçün məlumat bazasını yaratmaq və idarə etmək
  • Büdcə fayllarınının hazırlanması və onların əlçatan olmasını təmin etmək
  • Büdcə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün maliyyə komandası ilə əməkdaşlıq etmək
  • Tələb olunduqda büdcə və digər məsələlərlə bağlı hesabatlar, təqdimatlar və digər materialları hazırlamaq
  • Biznes İnnovasiyaları məhsulları və təşəbbüsləri ilə bağlı xərcləri izləmək və lazımi məlumatları komanda ilə bölüşmək
  • Məhsul komandaları və rəhbər tərəfindən təyin edilmiş hər hansı digər işlərin yerinə yetirilməsi

Sizdən nə tələb olunur?

  • Maliyyə, Biznes, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Rəqəmlərlə işləmək, hesablamalar aparmaq, maliyyə məlumatlarını təhlil etmək və uyğunsuzluqları aşkar etmək bacarığı
  • İnnovativ və texnoloji şirkətlərdə inzibati və təşkilati işlərdə təcrübəyə malik olmaq əlavə üstünlükdür
  • Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları, tapşırıqları prioritetləşdirmək bacarığı
  • İnsanlar arasında əlaqə qurmaq bacarığı 
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Sürətli və dinamik mühitdə işləmək bacarığı
  • Azərbaycan dilinə səlis yiyələnmə (yazılı və şifahi)

İşəgötürənin reytinqi