İR üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 20.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması;
  • Tabel uçotunun aparılması;
  • Namizədlər bazasının yaradılması;
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasında iştirak;
  • İnsan Resursları şöbəsinin bütün prosedurlarının icrasında iştirak; 
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi;
  • İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək;
  • UYUMSOFT üzərində İR-na dair əməliyyatların icra olunması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • İnsan Resursları şöbəsinin cari və perspektiv planlarının hazırlanmasında iştirak edir;
  • Şirkətin personalı ilə bağlı keçirilən tədbirlərin təşkilində və icrasında iştirak edir;

Tələblər:

  • Ali təhsili;
  • Kompüterlə işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini bilmək;
  • İnsan resursları sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • Məsuliyyətlilik;
  • Diqqətlilik;
  • Ünsiyyətcil olmalıdır;
  • Analitik bacarıq.

İş yeri Qaradağ ray, Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.

Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur

Əmək haqqı -Müsahibə əsasında müəyyən olunacaq.

İş rejimi - 5 günlük

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.