Əməliyyatçı Mühasib

İşin təsviri

Əsas öhdəliklər:

  • Gündəlik şirkət əməliyyatlarının mühasibatlıq portalında işlənilməsi (alışlar/satışlar/xərclər);
  • Gündəlik təsdiqlənmiş bank ödənişlərin və digər tələblərin yerinə yetirilməsi;
  • İdxal olunmuş malların maya dəyərinin düzgün hesablanıb, anbara mədaxil edilməsi;
  • Mütəmadi sistemə işlənən əməliyyatların doğruluğunun yoxlanılması və uyğunsuzluqlar olduğu təqdirdə təxirə salınmaz tədbirlər görülməsi;
  • Kiçik mühasiblərlə koordinasiyalı çalışma və öhdəliklərinin tamamilə yerinə yetirilməsinə nəzarət edilməsi 
  • Ay sonu hesabların mühasibatlıq portalında düzgün bağlanılması və struktur rəhbərinin məlumatlandırılması
  • Vergi portalı (E-Taxes) və Bəyənnamə tərtibatı proqramı (BTP) ilə işləmə bacarığı;
  • Şirkət mükəlləfiyyətləri üzrə aylıq/rüblük/illik tələb olunan bəyənnamələrin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi;
  • Mütəmadi “Şəxsi hesab vərəqəsinin” kontrolda saxlanılması;
  • Rəhbərlik tərəfindən tələb olunan mümkün hesabatların hazırlanıb, təqdim edilməsi;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Mühasibatlıq sertifikatlarının olması üstünlükdür; 
  • Aidiyyatı sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Mühasibatlıq və vergi uçotu üzrə biliklər;
  • Yerli və beynəlxalq muhasibatlıq idarəetmə standardları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
  • İdarəetmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əməliyyatçı mühasib” yazaraq 15.11.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi