Dəri proyekti üzrə Product Manager

İşin təsviri

İş barədə məlumat:

  • Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəlliklərini bilmək;
  • Dəri məhsulları haqda təqdimatlar hazırlamaq və əməkdaşlara təlim keçmək;
  • Aylıq olaraq Satış kollektivinə satış olunan məhsullar haqqında treninqlər keçirmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək, dəri məhsulları haqqında biliklərini imtahan etmək.
  • İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqləmək;
  • Brendin yeni məhsullarının gətirilməsi ilə bağlı təkliflərin hazırlamaq;
  • Mağazaları ziyarət etmək, satış kollektivinə motivasiya vermək.  
  • Bütövlükdə mağazaların, xüsusilə dəri məhsullarının vitrində düzülüşünə dair təkliflər vermək və qorumaq;
  • Stokun idarə edilməsi və nəzarət;

Namizədə tələblər:

  • Ali təhsil
  • Bu sahədə iş təcrübəsi üstünlük təşkil edir.
  • Ünsiyyətcil, düşüncələrini  ifadə edə bilməli, şifahi nitq qabiliyyəti olmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli
  • MC Office Excel- yüksək səviyyədə, Outlook və 1C proqramları biliyi.
  • Data analiz bacarığı;
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını bilməli
  • Təlim keçirmə bacarığı
  • İşgüzar əlaqələrin qurulması qaydalarını bilməli

İş şəraiti:

  • İş günləri: 5 gün iş, 2 gün istirahət
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı: minimum 1000 AZN +%