Təchizat üzrə mütəxəssis

  • Shahbulag Mining
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırması edərək yeni potensial təchizatçıların tapılması;
  • Tələb olunan malların və xidmətlərin alışı istiqamətində şirkətin mənafeyinə uyğun tədarükçülərlə danışıqların aparılması, sorğuların göndərilməsi və əlverişli qiymət təkliflərinin əldə olunması;
  • Mal-material və xidmət müqavilələrin hazırlanması;
  • Müqavilə və digər təchizat sənədlərinin arxiv olunması;
  • Tələb olunan mal-material və xidmətlərin vaxtında çatdırılmasının izlənilməsi;
  • Ödəniş sənədlərinin maliyyə şöbəsinə ötürülməsi;
  • Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tələb edilən hesabatların (bazar araşdırılması nəticələri, tələbnamələrin statusu və s.) hazırlanması.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını yaxşı bilmək;
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
  • Problemlərin operativ həlli istiqamətində təkliflər vermək;
  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
  • İş rejimi – Beş günlük; (istirahət vaxtı – şənbə və bazar günü)
  • Nahar – Şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərilməsi xahiş olunur.