DevOps mühəndisi

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya Haqqında:

Biz dinamik komandamıza qoşulmaq üçün xüsusi və istedadlı gənc DevOps Mühəndisi axtarırıq. İdeal namizəd ilk növbədə şirkətimiz tərəfindən hazırlanmış platformaların həm sınaq, həm də istehsal mühitlərində yüklənməsini, performansın optimallaşdırılması, etibarlılığın və işə davamlılığının təmin edilməsinə cavabdeh olacaq.

Vəzifə öhdəlikləri:

  • Jenkins CI/CD pipeline istifadə edərək davamlı yükləmə və çatdırılmanın asanlaşdırılması;
  • Minimum dayanma müddətini və buraxılış qaydalarına riayət etməyi təmin edərək, sınaq və istehsal mühitlərində platforma yekləmələrinin idarə edilməsi;
  • Proqramçı, test və əməliyyat qrupları ilə səmərəli əməkdaşlıq edilməsi;
  • Yerləşdirilmiş proqramlara nəzarət etmək, optimal performansı təmin etmək və hər hansı problemi və ya kəsintiləri vaxtında həll edilməsi;
  • Şirkət təlimatlarına və İT ən yaxşı təcrübələrinə uyğun olaraq sistemin təhlükəsizliyini qorunması və təkmilləşdirilməsi;
  • Yükləmə prosesləri, konfiqurasiyalar və problemlərin aradan qaldırılması təlimatları ilə bağlı aydın sənədlərin hazırlanması.

Vəzifə üzrə tələblər:

  • Kompüter Elmləri, İT və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • CI/CD pipeline yaradılması və idarə edilməsi üçün Jenkins haqqında yaxşı anlayış;
  • Linux əməliyyat mühitlərini inzibatçılıq və idarə etmə təcrübəsi;
  • Nginx, Tomcat idarə etmə bacarığı;
  • Skript yazma bacarıqları;
  • DevOps alətləri ilə işləmək (K8s, docker, Jenkins, Git);
  • Güclü problem həll etmə bacarığı;
  • Əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • Kollektiv düşüncə tərzi və komandada yaxşı işləmək bacarığı;
  • Analoji rolda və ya DevOps təcrübələri ilə bağlı əhəmiyyətli layihə işində əvvəlki təcrübə üstünlükdür.
  • Vəzifəyə aid sertifikatların olması üstünlükdür.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “DevOps mühəndisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi