SƏTƏMM üzrə mütəxəssis (Gəncə)

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Vəzifə öhdəlikləri:

  • SƏTƏMM üzrə təlimatları işləyib hazırlamaq və mütəmadi olaraq işçilərə çatdırmaq;
  • Yeni işçilərə SƏTƏMM üzrə giriş təlimatını vermək;
  • Əməyin təhlükəsizliyi ilə bağlı ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik göstərmək;
  • Sahədə bədbəxt hadisələrin aradan qaldırılmasında və araşdırılmasında iştirak etmək;
  • İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini dayandırmaq;
  • Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlər görmək;
  • İş şəraitinin və avadanlıqların təhlükəsizlik standartlarına və dövlət tələblərinə uyğunluğunu təmin etmək;
  • Sahədə zədələnmə səbəblərinin analizini aparmaq və başa verə biləcək hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər haızrlamaq;
  • Əməyin mühafizəsinin yaxşılaşdırılmasına yönələn kompleks planlar hazırlamaq;

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil.
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahəsində minimum 2 il iş təcrübəsi. 

Digər tələblər: 

  • SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə SƏTƏMM üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.