Mühasib Təcrübə Proqramı

İşin təsviri

Ümumi işlər:

  • Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
  • www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
  • Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi;
  • Bank hesablarının açılması; Biznes kartların sifarişi;
  • İnternet banking üzrə əməliyyatlar(əmək haqqı kartının sifarişi, bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
  • Posterminal sifariş olunması;
  • NKA sifariş olunması;
  • Təsərrüfat obyektinin qeydiyyata alınması;
  • Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
  • Kontragent cədvəllərin hazırlanması və sair;

Kadr uçotu:

  • Müəssisənin kadr uçotunun qurulması və aparılması;
  • Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
  • Əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməsi
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
  • Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
  • Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi;

Hesabatlar:

  • Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
  • DSMF hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
  • Sadələşdirilmiş bəyannamənin hazırlanması;
  • ÖMV bəyannaməsinin hazırlanması;
  • ƏDV bəyannaməsinin hazırlanması;

Təcrübə Proqramının müddəti:

  • Proqram həftədə 2 dəfə 2 saat olmaqla 3 ay tədris olunacaq.

Təcrübə Proqramının qiyməti:

  • Proqramda iştirak aylıq 100 AZN təşkil edir.

Proqrama həm peşə, kollec və universitet tələbələri, eləcə də məzunlar iştirak edə bilər.

Sonda Təcrübə Proqramında iştirak etdiyinizə dair sertifikatla təmin olunacaqsınız!

Müraciət üçün əlaqə nömrəsi:  050-675-00-66