Satış məntəqəsinin administratoru

  • Holcim
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Ona təhkim olunmuş ərazidə şirkət məhsullarını və xidmətlərinin aktiv satışını həyata keçirmək
  • Gündəlik tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
  • Alıcılardan daxil olan hər bir informasiyaya operativ reaksiya vermək
  • Alıcılara keyfiyyətli xidmətin göstərilməsini təşkil etmək, bu prosesə nəzarət etmək
  • Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə ciddi nəzarət etmək
  • Mağazanın fəaliyyətinə aid rəhbərlik qarşısında hesabatların təqdim edilməsi
  • Mağazada olan satış nümyaəndələrinə düzgün satış strategiyasını öyrətmək və təlim keçmək
  • Mağazada xidmət standartlarının həyata keçirilməsi
  • Personala rəhbərlikdən alınan qayda və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
  • Heyətin daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək
  • Satış prosesinin təşkilində mağazanın personalının işini tənzimləmək
  • Mağaza daxili kampaniyaların hazırlanmasında və keçirilməsində aktiv iştirak etmək
  • Mağaza gəlirlərini təhlil etmək 
  • Mağazanın fəaliyyətində mövcud xərclərin optimallaşdırılması və azaldılması istiqamətində daima tədbirlər görmək
  • Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq
  • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
  • Məhsulların FİFO üzrə satışının keçirilməsinə nəzarət etmək
  • OOS tələblərini nəzərə alaraq mal qalıqlarını tənzimləməlidir

Tələblər:

  • Ali təhsil
  • Tikinti sektorunda 1 il iş təcrübəsi arzuolunandır
  • Yüksək təşkilatı bacarıqlara (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) sahib olmalıdır
  • Satış texnikası və prinsiplərini bilmək
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
  • İşgüzar davranış etikası
  • Məsuliyyətli, dəqiq ( punktual), inkişafa meyilli, məqsədyönü olmalıdır
  • Rus dili və ya ingilis dili bilikləri mütləqdir.
  • Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word);  1C bilikləri arzuolunandır
  • “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması (şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır)

İşəgötürənin reytinqi