Holcim


Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.


Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim (Azərbaycan) ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim (Azərbaycan) ASC oldu.
2015-ci ilin iyul ayında Holcim Azərbaycan şirkətin tarixində növbəti addım atdı və dünyanın ən nüfuzlu təşkilatlardan biri LafargeHolcim (LH) adlı güclü təşkilatın hissəsi oldu. Sement, beton və aqreqatlar sektorlarda 180 ildən artıq təcrübəsi ilə Lafarge və Holcim şirkəti birləşərək tikinti materialları sənayesində aparıcı şirkət yaranıb. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?