Topoqraf

İşin təsviri

İş şəraiti:

  • Tam sosial təminat (məzuniyyət və s.)                                                                                   
  • 6 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Topoqrafik xəritələrin çəkilməsi, yenilənməsi və müxtəlif üsulların tətbiqi;
  • Stellajların və daxili ehtiyatların topoqrafik çəkilişi;
  • Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
  • Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi;
  • Emalat avadanlıqlarının normalara və ölçülərə uyğunluğunun yoxlanması, xüsusi ölçülər götürülməsi
  • Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi;
  • Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması;
  • Geodeziya istinad şəbəkəsinin qurulması;
  • Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması;
  • Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi;
  • Topo-Plan (xəritə) tərtib olunması və sahədən alınan koordinatların mövcüd xəritələrə işlənməsi, sənədlərin ötürülməsinə və onların icra şərtlərinə nəzarətin edilməsi və.s.

Tələblər:

  • Topoqraf ixtisası üzrə ali təhsili (geodeziya mühəndisliyi) mütləqdir.
  • İnşaat layihələrində  1 ildən 3 ilə gədər təcrübə;
  • Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
  • Geodeziya avadanlıqları onların istismarı və saxlanma qaydalarını;
  • Geodeziya işlərinin təşkili və texnologiyasını bilməli, inşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
  • Kompüter bilikləri: Microsoft office, AutoCad və s. soft proqram bilikləri.
  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət qabilliyyəti (rus dili bilgisi arzuolunandır);
  • Leica və GPS ilə işləmə bacarıqları

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması, fəal olması və komandada işləmək bacarığı.

 

İş yeri: Goran, Tovuz, Kürəkçay və Puta yarımstansiyası

Əmək haqqı: 2000 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “ Topoqraf ” Mövzu bölməsində göstərin.