Telemarketinq və satış üzrə qrup rəhbəri

İşin təsviri

Tələblər:

  • Telesatış sahəsində ən az 2 il iş təcrübəsi olan;
  • Telesatış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan;
  • Münaqişələrə kreativ həll yolu tapan;
  • Analitik bacarığı olan;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Güclü kommunikativ qabiliyyətə sahib olan;
  • Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən;

Vəzifə öhdəlikləri:

  • Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
  • Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;
  • Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
  • Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;İmtiyazlar: 

Biz sizə nə təklif edirik:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);

Əmək haqqı: 1000 azn (net) + KPİ bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini linkə keçid edərək yerləşdirsinlər.