Satış Supervayzeri (OTC və Ümumi Dərman Vasitələri üzrə)

İşin təsviri

Əsas Öhdəliklər:

  • Əsas müştərilərlə münasibətin idarə edilməsi : Satış artımını təmin etmək üçün əsas müştərilər, distribyutorlar və şəbəkə apteklərlə möhkəm əlaqələr qurmaq, bu münasibəti inkişaf etdirmək.
  • Bazar Ekspertizası : Azərbaycanda OTC bazarı haqda dərin bilgiyə sahib olmaq, bu sektorun trendlərini və rəqiblərin fəaliyyətini izləmək.
  • Əczaçılarla Əlaqə : Əczaçılarla daimi əlaqədə olmaq və məhsulları effektiv şəkildə tanıtmaq üçün güclü tərəfdaşlıqlar qurmaq.
  • Komanda Rəhbərliyi : Satış nümayəndələrindən ibarət heyyəti işə götürmək, onlara təlim keçmək, uğurlu nəticə göstərmələri üçün onlara rəhbərlik etmək və dəstək vermək.
  • Satış Strategiyası : Satış Meneceri ilə birgə effektiv satış strategiyasını hazırlamaq və hədəflərə çatmaq üçün bu yolları inkişaf etdirmək.
  • Hesabat : Satış performansı, bazar monitorinqi və komandanın ilərləyişi haqqında müntəzəm hesabatlar hazırlayıb təqdim etmək.

Kvalifikasiyalar:

  • Əczaçılıq sənayesində əsas müştərilərlə münasibətin idarə edilməsi və satış rəhbərliyində sübut edilmiş təcrübə.
  • Azərbaycanda OTC bazarı haqqında dərin və əhatəli biliklər.
  • Əczaçılıq bazarına aşinalıq.
  • Satış komandasını ruhlandırmaq və idarə etmək bacarığı, güclü liderlik qabiliyyəti.
  • Xüsusi ünsiyyət, danışıq və münasibət qura bilmək bacarığı.
  • Nəticə yönümlü düşünmək, satış hədəflərinə çatmaq və ya onları aşmaq təcrübəsi.

Biz təklif edirik:

  • Rəqabətli nəvacib paketi, performansdan asılı əlavə stimullaşdırıcılar.
  • Peşəkar inkişaf imkanı.
  • Birgə əməkdaşlıq və dəstəkləyici iş mühiti.
  • Səhiyyə sahəsinə xüsusi təsir göstərmə şansı.

Bu vacib vəzifə öhdəliyini icra etməyə, OTC və ümumi dərman vasitələrinin satışını yeni zirvələrə daşımağa hazırsınızsa, bizimlə əlaqə yaratmağınızı istəyirik!  Əzmli komandamıza qoşulmaq və şirkətimizin uğurlarına mühim rol oynamaq üçün indi müraciət edin.

Müraciət etmək üçün müvafiq sahə üzrə təcrübələrinizin əks edildiyi CV və motivasiya məktubunuzu e-mail adresinə göndərin.