PARLA Pharmaceuticals


Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkətimiz 2019-cu ildə yaradılıb. Parlanın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir.

Vizyonumuz

  • Səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq.
  • Müştərilərimiz, əməkdaşlarımız, biznes tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər yaratmaq.

Missiyamız

Missiyamız yüksək keyfiyyətli, münasib qiymətə dərmanlar təqdim etməklə əczaçılıq bazarında müştəri yönümlülüyü və liderliyi inkişaf etdirməkdir. Yüksək texnologiyalı dərman məhsullarının ixracı da əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Komandamız

Biz yüksək professionallıq və uğur qazanmaq yolunda irəliləyən dinamik və enerjili peşəkarlardan ibarət komandayıq. Bizim əməkdaşlarımız öz sahələrində ekspert olmaqla yanaşı, həm də çoxillik təcrübəyə malikdirlər. Parla olaraq, biz innovasiya, sadiqlik və komanda işinə inanırıq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?