İşin təsviri
Əmək haqqı: 1000-1300 + bonus
Əsas vəzifələr:
- Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
- Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
- Əmtəə nişanlarının qeydiyyata alınması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Korporativ sahədə 3 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Rus və ya ingilis dili ;
- Müştərilərlə ünsiyyət qabiliyyəti;
- Namizədin idarəçilik və komandada işləmə qabiliyyətinin olması vacibdir.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
- İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Aparıcı hüquqşünas” qeyd edərək göndərə bilərlər.