Pərakəndə kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mövcud hesabatların vizualizasiyası və statistik analizinin aparılması.
  • SQL sorğülar əsasında cədvəllərin yaradılması.
  • SQL sorğu skriptlərin yazılması və mövcudların təkmilləşdirilməsi.
  • Bankdaxili normativlərin qorunması istiqamətində hesabatlığın yaradılması.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi tapşırıqların icrası.

Sizin barənizdə: 

  1. Texniki bacarığı: SQL,Excel,data analitikası üzrə yüksək səviyyədə biliklər mütləqdir.
  2. Peşəkar sertifikatlar: SQL,Excel və ya ekvivalent data analitikası üzrə sertifikatın olması arzu olunandır.
  3. Sahə üzrə iş təcrübəsi: Bank sahəsində minimum 1 illik təcrübəyə malik olmaq.
  4. Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis,rus dillərini bilmək isə arzu olunandır.
  5. Digər səriştələr: Analitik düşüncə tərzi,komanda daxilində iş bacarığı, detallara qarşı diqqətli, ünsiyyətçil, məsuliyyətli olmaq və səliqəli sənədləşmə bacarığı mütləqdir.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

 

 

İşəgötürənin reytinqi