IT mütəxəssis (Help-desk/ Tecnical support)

İşin təsviri

Təsvir:

  • Fərdi kompüter istifadəçilərinə kompüter təchizatı və ya proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir.
  • Video müşahidə sistemləırinin qurulması və bu sistemlərinin proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir.
  • Access Control və Turniket sistemləırinin qurulması və bu sistemlərinin proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir.
  • Vəzifə funksiyalarına aid məsələlər üzrə sorğulara və məktublara cavablar hazırlayır.
  • Kompüter avadanlığı və sistemləri üzrə telefonla ilkin köməklik göstərir (Qaynar xətt).
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin etmək.
  • İşgüzar səyahətlər etmək və vaxtaşırı olaraq ezamiyyətlərə getmək.
  • İnformasiya sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişlərin, normativ materialların və təlimatların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • İT departamentin vəzifələrinə aid məsələlərlə bağlı prosedur və qaydaları, hesabat və digər sənədləri hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • İT avadanlıqlarının işlək vəziyyətinin təmin olunmasında iştirak edir.
  • Şirkətin İT infrastrukturunda yaranan nasazlığa dərhal reaksiya verir və xidmət pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək.
  • Texniki avadanlıqların keyfiyyətli işini təmin etmək məqsədi ilə onların yenisi ilə əvəz edilməsi üçün təkliflər vermək.
  • Şirkətin Əsas və Ehtiyat mərkəzlərindəki server otaqlarının və server otaqlarındakı iş şəratinin müvafiq standartların tələblərinə cavab verən şəkildə qurulmasını, və daim səliqəli saxlanılmasını təmin edir;

Tələblər:

  • İT sahəsində yuxarıdakı tələblərə uyğun gələn vəzifədə ən azı 1 - 3 il iş təcrübəsi.
  • CCTV sahəsində dərin anlayışı və video müşahidə sistemlərinin qurulması ilə bağlı azı 1 - 2 il iş təcrübəsi.
  • Access Control və turniket sistemləri sahəsində dərin anlayıışı və bu sistemlərinin qurulması ilə bağlı azı 1 - 2 il iş təcrübəsi
  • İT Sahəsində beynəlxalq sertifikatların olması (vacib deyil, lakin üstünlük verilir)
  • Fərdi kompüter proqram təminatı və müxtəlif İT avadanlıqları haqqinda geniş məlumatın olunması.
  • Öz üzərində işləmək, daima öyrənmə həvəsli
  • Ehtiyatlılıq və dəqiqlik
  • Təşəbbüskar, ünsiyyətli, çalışqan, dəqiq, vəziyyətə operativ reaksiya verən, komandada işləmək bacarığı.
  • Səlis danışıq qabiliyyəti olmalı, İT heyəti ilə yazılı ünsiyyət yaratmalıdır.
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dilinin orta səviyyədə bilikləri.

Sosial imtiyazlar:

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta

Agro Food Investments tərəfindən digər vakansiyalar