Satış mütəxəssisi

  • BERC Group
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün potensial bazarların araşdırılması, səfərlər edilməsi, görüşlərin keçirilməsi və satışların edilməsi;
  • Marketinq vasitəsilə cəlb edilmiş potensial müştəri bazası ilə iş;
  • İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Potensial müştərilərə xidmət təklifi ilə bağlı təqdimatların və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsi;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması,
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Sağlam müştəri münasibətlərinin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən verilmiş hər hansı digər tapşırıqların yerinə yetirilməsi.  

Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi; (analoji sahədə iş təcrübəsi üstünlükdür) ;
  • İqtisadiyyat üzrə təhsilin olması üstünlükdür;
  • İqtisadi biliklərin olması vacibdir;
  • Səbrli və səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı; 
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili üzrə bilikləri  olması üstünlükdür) ;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə ünsiyyət qurması və  öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
  • Bank və BOKT  təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı 
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus)
  • Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər
  • Korporativ nömrə və danışıq paketi

Maraqlı olan namizədlərdən öz CV - lərini 10.11.2023-ci il tarixinədək mövzu yerinə “Satış mütəxəssisi” və əmək haqqı gözləntilərini yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.