Korporativ Satış və Marketinq üzrə Menecer
İş barədə məlumat:
Satışda olan maddi-əmtəə dəyərləri barədə ətraflı məlumata malik olunması.
Hədəf seqmentlərinin müəyyən edilməsi, seqmentlərin tələblərinin spesifikasiyalarının öyrənilməsi, satış üsulları, alətləri və kanallarının müəyyən olunması.
Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlərin, sorğuların keçirilməsi. Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan məhsul və xidmətlərin korporativ növlərinin təşviqi.
Satışları ən sərfəli qiymətlərlə ən yüksək səviyyədə tutmaq üçün ölkə daxilində və xarici bazarlarda ən təsirli ünsiyyət kanallarını istifadə edərək müştəriyə çatmaq üçün daim fəaliyyətdə olunması.
Həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik satış fəaliyyətlərinin araşdırılması və keçmiş dövrlərdəki satışları, mövcud satışlarla müqayisə edərək gələcək proqnozların hazırlanması.
Şəxsi geyim və xarici görünüşünün geyim kodeksinə uyğun olması.
Marketinq araşdırmaları və reklam fəaliyyətinin həyata keçirilməsi.
Namizədə tələblər:
Yaş həddi 25-35
Dil bilikləri- Azərbaycan və Rus dili əla səviyyədə, ingilis dili - orta səviyyədə
İş təcrübəsi min.3-5 il
Korporativ Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
Nahar şirkət tərəfindən verilir.
Maaş kandidata uygun olaraq dəyişir.
Maraqlananlar cv-lərini [email protected] ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 012-514-40-48 (dax.130)