Recrutier

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali (bakalavr) təhsil
  • 3-5 il iş təcrübəsi
  • AR Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq
  • Dil bilikləri – Azərbaycan dili, rus dili səlis, ingilis dili arzuolunandır
  • Kompyuter bacarıqları: Ofis proqramları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • İşi planlaşdırma və təşkil etmə bacarığı
  • Liderlik bacarığı
  • İdarəetmə və kommunikasiya bacarığı
  • Vaxtı idarəetmə bacarığı
  • Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı
  • Stressə davamlılıq, müsahibə,tədqiqatçılıq və ünsiyyət bacarığı

Vəzifə öhdəlikləri :

  • İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsahibə komissiyalarının formalaşmasında iştirak etmək
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək, əmək bazarını araşdırmaq, iışəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək, kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələri formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək, şirkətin CV bazasını genişləndirmək və yeniləmək, uğurlu namizədlər haqqında əvvəlki və indiki işəgötürənlərin rəyinin nəzərə alınması.
  • İş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası, işə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirmək, işçilər barədə məlumat bazasını hazırlamaq, yenilik və dəyişikliklərin daxil edilməsi,
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar tapşırıqlar.

İş şəraiti:

  • Nahar şirkət tərəfindən təmin olunur
  • İşçi korporativ nömrə ilə təmin olunur.
  • İş saatları: Həftənin 1-6 günləri.
  • Əmək haqqı: 800+

İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D 

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “recrutier” yazmaqla müraciət edilir.

İşəgötürənin reytinqi