Təchizat üzrə baş mütəxəssis

  • Amal Group
  • Elanın qoyulma tarixi: 06.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Təhsil: Ali təhsil
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCad
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanması, qurum və bölmələrin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatların qarşılanmasını təmin  edir.
  • Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələrini axtarır;
  • Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür.
  • Material resurslarının istifadəsinin səmərəliliyinin artırılması, ehtiyatların daşınması və saxlanması ilə əlaqədar xərclərin azaldılması, ikinci dərəcəli ehtiyatların və tullantılarının təkrar istifadəsi, yerli resurslardan istifadə edilməsinə nəzarət sisteminin təkmilləşdirilməsi, artıq xammalın, materialların, avadanlıqların və digər növ material ehtiyatının aşkar edilməsi və reallaşması üzrə tədbirlər planlarının hazırlanması və tətbiqində iştirak edir; 
  • İstehsalçı fabriklər ilə müqavilələrin bağlanmasında iştirak edir;
  • Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir;
  • Müəssisənin maddi-texniki təchizatı planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib edilməsini təmin edir. 
  • Mal- material təchizatı üzrə iddiaçıların cəlb olunmasını, müsabiqənin təşkilini və keçirilməsini təmin edir;
  • Mal-material və avadanlıqlar barədə rəyin alınmasını təmin edir;
  • Daşımalara nəzarəti həyata keçirir;
  • Şirkətin struktur bölmələrindən tələbnamələrin toplanmasını təmin edir;
  • Malların qəbulu ilə bağlı komissiyaların işində  iştirak edir;
  • Satınalma və Təchizat üzrə sənədləşmənin aparılmasını təmin edir;
  • Mal hərəkəti ilə əlaqədar bütün proseslərin proqram üzrə aparılmasını təmin edir;
  • Avtomobillərlə idxal olunan məhsulların, mal-materialların, əsas və köməkçi vəsaitlərin gömrük orqanlarında rəsmiləşdirmə işlərini aparmaq üçün lazımi sənədlərin hazırlanmasını təmin edir;
  • Sənədləri gömrük bəyamnaməsinin hazırlanması üçün müvafiq Gömrük İdarəsinə təqdim edir;

İş qrafiki:

  • bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Təchizat üzrə baş mütəxəssis” adını qeyd edərək göndərmələri xahiş olunur