Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 - 18:00

Son müraciət tarixi: 22 oktyabr 2023

Vəzifə Öhdəlikləri:

  • İnsidentlərin idarə edilməsi üzrə daxili normativ sənədləri hazırlanması və yenilənməsində iştirak etmək;
  • İnsidentlərin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq;
  • İnsidentlərin idarəedilməsi üzrə normativ sənədə əsasən əməliyyat riski insidentlərinin idarə edilməsi;
  • İnsident sahiblərindən risk dərəcəsi, kök səbəb, nəzarət mexanizmləri/tədbirlər planını əldə etmək, sorğulamaq və bununla bağlı təkliflər vermək;
  • İnsidentlərin inventarının formalaşdırılması və dövrü hesabatın hazırlanılması;
  • İnsidentlərin idarə edilməsi ilə bağlı daxili sistemin tədbiqi və təkmilləşdirilməsi;
  • İnsidentlərin idarəedilməsi üzrə şirkət daxili maarifləndirmə təlimləri keçirmək;
  • Əməliyyat risklərinin idarə edilməsi şöbəsi tərəfindən başladılan və ya bu komandaya ötürülən layihələrdə iştirak;
  • İnsidentlərin idarəedilməsi üzrə digər dövri hesabatların hazırlanılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Əməliyyat risklərinin idarəedilməsi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Risk, Audit ixtisaslar üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
Üstünlüklər: Maliyyə sektorunun əməliyyat risklərinin idarə edilməsi, Daxili nəzarət və ya Daxili sahələrində iş təcrübəsi. Magistr dərəcəsi.
Kompüter bilikləri: MS Office: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və problem həlletmə, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi