Rəqəmsal marketinq şöbəsinin dizayneri/aparıcı dizayneri/baş dizayneri

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Bankın məhsul və xidmətlərinin təşviqi və dizaynı, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam-məlumat xarakterli materialların Bankın Brendbukuna uyğun dizaynını hazırlamaq;
  • 3D maketlərin planlaşdırılması və hazırlanması (sərgi stendləri, bankomatlar, iş sahəsinin interyer dizaynı və s.);
  • Video çarxların hazırlanması;
  • Bankdaxili bütün kommunikasiya vasitələrinin (buklet, broşür, liflet, flayer və s.) dizaynının hazırlanması,
  • Materialların çapa hazırlığını təmin etmək;
  • Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
  • Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştiraketmək;
  • Bankın məhsul və xidmətlərinin təşviqi üçün tammiqyaslı marketinq kampaniyalarının təşkilində iştrak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Bank sahəsində 1-3 il iş təcrübəsi olan;
  • Adobe Creative Cloud (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After EffectsAdobe Premiere Pro, Adobe Audition, Midjourney, Blender, Autodesk 3Ds max) biliyi olan;
  • İngilis dili biliyi yüksək, rus dili orta olan;
  • Analitik düşüncə tərzi olan, problem həll etmək bacarığı, komandada işləmək,  təqdimat bacarığı , stressə davamlı və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi