Bazar risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı/baş mütəxəssisi

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Qlobal iqtisadiyyat və bazarlarda baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına, bankın fəaliyyətinə təsirlərinin təhlil etmək;
  • Maliyyə sektoru və bazarlarının sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə təhlillərini aparımaq;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət etmək;
  • Bankın məruz qaldığı bazar və likvidlik risklərinin ölçülməsi üçün mövcud modellərin təkmilləşdirilməsində və yeni modellərin qurulmasında iştirak etmək;
  • Bankın investisiya portfelinin risklərinin qiymətləndirilməsində iştirak etmək;
  • Müxtəlif ssenarilər üzrə kapital simulyasiyalarının hazırlanmasında iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
  • CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;
  • Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
  • Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə malik olan şəxsdir.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi