Maliyyə müdir

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
  • İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
  • Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi.
  • Büdcə mövzusunda məhsuldarlığı artırıcı təkliflər hazırlanması və Rəhbərliyə təqdim edilməsi

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum):Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası:Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü
  • İş təcrübəsi :(minimum)Müvafiq sahədə 5 il, Rəhbər olaraq ən azı 2 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili. Rus və ingilis dili arzuolunandır
  • Kompüter bilikləri:Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
  • Sertifikat/Vəsiqə:Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA, CFA, CIMA) olması əlavə üstünlükdür
  • Digər zəruri tələblər:Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nizam-intizam
  • Dürüstlük
  • Problem analiz etmə
  • Planlama və təşkil etmə
  • Etik davranış
  • Detallara diqqət
  • Məsuliyyət 
  • Biznes yönümlülük
  • Peşəkarlıq

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Maliyyə müdiri” qeyd etməyiniz xahiş olunur.