Təchizatçı-Anbardar

  • West Hospital
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan məhsulları bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək
  • Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək
  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
  • Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
  • Anbardan mal çıxışına nəzarət etmək
  • Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin electron qayda da proqram üzərindən təmin etmək
  • Malların yüklənilməsini və boşaldılmasını təmin etmək
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək
  • Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək

Namizədə tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 3il peşəkar iş təcrübəsi
  • Etibarlı PC istifadəçisi (Word, Excel, e-poçt)
  • Azərbaycan dili yüksək səviyyədə, rus dili biliyi böyük üstünlükdür
  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı
  • Bazarı təhlil etmək bacarığı
  • Məsuliyyətli və aktiv olmalı

İş şəraiti:

  • Həftənin 6günü, saat 09:00-18:00
  • Bazar qeyri iş günü
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “Təchizatçı-Anbardar” qeyd edərək göndərmələri xahiş olunur.

West Hospital tərəfindən digər vakansiyalar