Baş mühasib / Aparici mühasib

  • Deniz Service LLC
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar.
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsini nəzarət altında saxlamaq
  • Avans ödənişləri və onların YGB ilə bəyan edilməsini nəzarət altında saxlamaq
  • Müəssisənin debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi
  • Bütün növ mühasibat əməliyyatlarının 1C ( (8.3) mühasibatlıq proqramına daxil edilməsi
  • Bank ödəniş tapşırıqlarının hazırlanması
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
  • Xarici banklarla ünsiyyət, mühasibatlıq hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
  • Tələblər: Topdan Satış və servis sahəsində ən azı 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan ,Rus, Ingilis  dili
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  mövzu yerində “Baş mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.