Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mülki, kommersiya, əmək, cinayət, inzibati və prosessual hüquq, o cümlədən dövlət satınalmaları haqqında qanunvericiliyə dair müfəssəl biliklərə malik olmaq və düzgün tətbiq etmək
  • Alqı-satqı, xidmət, satınalma və digər növdə olan əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək, müqavilələrin qüvvədə olma müddətinə nəzarəti həyata keçirmək
  • Hüquqi mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanmasını təmin etmək
  • Dövlət orqanlarından və digər qurumlardan daxil olan sorğulara baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması prosesində iştirak etmək
  • Bütün dövlət idarəetmə, notariat, məhkəmə, hüquq-mühafizə və icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında Cəmiyyəti təmsil etmək
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində baxmaq, zərurət olduqda araşdırma aparmaq və nəticələri barədə məktub layihələrinin hazırlanmasını təmin etmək
  • Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Cəmiyyət rəhbərliyinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək
  • Struktur bölmələrə hüquqi dəstəyin göstərilməsini təmin etmək
  • Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək
  • Rəhbərlik tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək

Namizədə tələblər:

  • Ali hüquq təhsilli;
  • Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
  • Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).

Bacarıqlar:

  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarında sərbəst işləyə bilmək.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.