Əmək haqqı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqının hesablanması; 
  • İşçilərin məzuniyyət haqqı və son haqq-hesablarının hesablanaraq müvafiq struktura yönləndirilməsi; 
  • Vahid vergi bəyannamələrinin tərtib olunması; 
  • Xəstəlik, ezamiyyə və analıq vərəqələrinə əsasən müvafiq hesablamaların aparılması; 
  • Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması; 
  • Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması. 

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, Mühasibatlıq və ya İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • Əmək məcəlləsi və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
  • Namizədlərin İngilis və Rus dili biliyinin olması arzuolunandır;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Analitik düşüncə;
  • Nəticəyönümlülük;
  • Dəqiqlik və çeviklik.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 01.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.