Devops mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud infrastruktur üzrə texniki sorğuların icrası və proseslərin optimallaşdırılması;
  • Linux sistemlərində çıxan çətinliklərin qısa müddətdə aradan qaldırılması;
  • Continuous Integration və Continuous Delivery metodologiyalarının tətbiqi;
  • Avtomatlaşdırılmanın proqramatik tətbiqi.

Vəzifə üzrə tələb olunan kompetensiyalar:

  • Linux əməliyyat sistemləri mükəmməl səviyyədə
  • Məlumat bazalarının idarə olunması üzrə baza bilikləri
  • Avtomatlaşdırma tool-ları: Ansible, Jenkins
  • Şəbəkə sistemləri üzrə baza bilikləri
  • Kubernetes clusterlərinin idarə olunması
  • Monitorinq vasitələri: Prometheus/Grafana, Sentry, ELK stack
  • Python və ya Golang proqramlaşdırma dili üzrə təcrübə
  • Konteynerləşdirmə və Docker texnologiyaları
  • Gitlab CI/CDT
  • Terraform üzrə baza bilikləri arzuolunandır
  • Virtualizasiya tool-ları ilə iş bacarığı

Kvalifikasiyalar:

  • Ali təhsilli (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
  • Müvafiq sahədə  minimum 2 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili (orta səviyyə)
  • Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
  • Analitik düşünmək və problem həll etmək bacarığı
  • Komanda ilə işləmək bacarığı

Əməkhaqqı: 1500-2000 AZN

Əməkhaqqı namizədin iş təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq müsahibə əsnasında formalaşdırılacaq.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini vakansiyanın adı qeyd olunmaqla mail ünvanına göndərmələri xahiş olunur.

AZSOFTWARE SYSTEM tərəfindən digər vakansiyalar