Marketinq üzrə mütəxəssis

  • Buta Group
  • Elanın qoyulma tarixi: 20.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Funksiyalar:

  • Marketinq üzrə mütəxəssisin  əsas funksiyaları aşağıdakılardır:
  • Şirkət maraqlarının təmin olunması məqsədilə, satış istiqamətində operativ qərarların qəbulu, istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini, yeni istehlak bazarlarının araşdırılması, mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir. 

Vəzifə borcları:

  • Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək
  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək
  • Azərbaycan Dövlət Reklam Agentliyi ilə münasibətlərin idarəolunması
  • Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək
  • Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək
  • Vebsaytda dəyişikliklərin olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsi.  
  • Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək
  • Trendləri izləmək, sosial media alətlərindən düzgün istifadə və nəzarət etmək
  • Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları, kataloq, flyer və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək
  • İllik marketinq hesabatını hazırlamaq
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan  tapşırıqları yerinə yetirmək
  • Sərgilərin təşkil olunması üçün birbaşa əlaqələrin yaradılması

Vakansiya haqqında:

  • İş yeri: Bakı, Rəşid Behbudov 71
  • İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Namizədə tələblər:

  • Təhsili: Ali təhsil
  • Müvafiq sahədə ən azı 1-3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)
  • Kompüter bilikləri: Microsoft Office, Outlook
  • Komandada işləmək bacarığı
  • Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
  • İdarəetmə təcrübəsi, analitik düşünmə
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq

Vakansiya ilə maraqlanan şəxslər CV-ləri e-mail ünvanına göndərə bilər.