3D-çap üzrə mühəndis-operator

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • 3D printerləri ilə işləmək.
  • 3D çap üçün materialların xüsusiyyətlərini bilmək (fotopolimerlər, FDM üçün plastiklər).
  • Çizimlərin və sənədlərin yoxlanılması, tənzimlənməsi və əlaqələndirilməsi.
  • Xammalın hazırlanması, quraşdırılması və çapa göndərilməsi.
  • Kiçik bə böyük ölçülü məhsulların sonrakı emalı (post-emal) və yekün işlərin aparılması (təmizləmə, cilalama, boyama).
  • Plastik məhsulların\master modellərin əl və elektrik alətləri ilə emalı;
  • Silikon qəliblərlə iş (dizayn, yaradılması, tökmə).
  • 3D çap üsulları ilə əldə edilən hissələrin yüksək keyfiyyətli çapı və sonrakı emal edilməsi üçün tələb olunan istehlak materiallarına və əlavə avadanlıqlara nəzarət
  • Son emal, hazır cihaz və avadanlıqların yığılması.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil orta ixtisas olmaqla müvafiq sahə üzrə ən azı 2 il iş stajı.
  • Əməyin mühafizəsi və yanğından mühafizə qayda və normaları;
  • 3D çap, plastik qəlibləmə, modellərin hazırlanması, obyektlərin emalı və bərpası sahəsində təcrübə;
  • Metal, MDF, fiberglas, ABS və PLA kimi plastiklərlərlə işləmə bacarığı.
  • Ölçü alətləri ilə iş təcrübəsi;
  • Əl və elektrik alətləri ilə işləmək təcrübəsi
  • SolidWorks, AutoCad proqramları.
  • Vakuum plastik qəlibləmə texnologiyaları, RIM texnologiyası sahəsində bilik və təcrübə.
  • Qüsurların səbəblərini və onların aradan qaldırılması yolları.
  • Mühəndislik plastiklərinin xüsusiyyətləri.
  • Texniki sənədlərin oxunması.
  • Metal əlavələrlə plastiklərin qəliblənməsi.
  • Arduino ilə iş təcrübəsi (üstünlük olacaq).
  • Multitasking mühitində işləmə bacarığ;
  • İş gününü planlaşdırma bacarığı.

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 09 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına mövzu hissəsində “3D-çap üzrə mühəndis-operator” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.