Aparıcı mühasib

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq üzrə);
  • ACCA sertifikatlarının olması üstünlükdür;
  • Mühasibatlıq sahəsində 3 ildən 5 ilədək iş təcrübəsi;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər üzrə biliklər;
  • Əmək haqqı hesablanması üzrə təcrübə;
  • MS Office proqramlarından peşəkar istifadə (xüsusilə Excel);
  • Logo Tiger proqramı üzrə təcrübə (yoxdursa, öyrədilir);
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • İdarəetmə bacarıqları.

Təminatlar:

  • Nahar yeməyi;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.