Marketinq üzrə mütəxəssis (Product Development)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 18.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul spesifikasiyasına uyğun bazarın araşdırılması, analizi və hesabatların hazırlanması
  • Rəqiblərin analizi, meyarlarının araşdırılmasi və inkişaf üçün təkliflərin verilməsi
  • Məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
  • Biznes proses və prosedurların hazırlanmasında iştirak
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Əmək haqqı: müsahibə əsnasında bildiriləcək

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı

Namizədə tələblər:

  • Marketinq sahəsində ən azı 1-2 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)
  • Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
  • İnkişafa meyilli, məsuliyyətli +və yaradıcı olmalı
  • Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli
  • Təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dilləri (yaxşı)