SƏTƏM üzrə mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bütün təşkilatın Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunması;
  • Bank daxilində SƏTƏM haqqında məlumatlılıq və hazırlıq səviyyəsinin davamlı saxlanılması;
  • SƏTƏM təlim proqramlarının hazırlanması, koordinasiyası və çatdırılması;
  • Bankın adiyyatı şöbələrinin SƏTƏM məsələləri üzrə istiqamətləndirməsi;
  • İllik SƏTƏM büdcəsinin planlanması (adiyyatı şöbələrin SƏTƏM büdcə planlanmasında istiqamət vermək);
  • Daxili SƏTƏM siyasət, prosedura və proqramlarının yaradılması, təkmilləşdirilməsi və idarə olunması;
  • Daxili SƏTƏM Risklərinin idar edilməsi və podratçı şirkətlərlə işin idarə edilməsində risk sahiblərinə nəzarət edilməsi;
  • İş yerindəki yanğın və digər təhlükəsizlik tələblərinə riayət etmək, ilkin yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarət;
  • Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların bu sahədə hazırlılığı;
  • İşçilərə iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin, posterlərin və kommunikasiyaların hazırlanması və paylanması;
  • İş yerlərində mütəmadi yoxlamalar aparmaq, iş təcrübələrini nəzərdən keçirmək, proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi;
  • SƏTƏM qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan həllərin vaxtında və dəqiq təqdim edilməsi;
  • Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
  • Potensial təhlükə yarada biləcək qurğular, texniki xidmət və digər işlərə nəzarət etmək, yoxlamaq, yoxlamalar və qəzalar nəticəsində təmir işlərinin müəyyənləşdirilməsi;
  • Ventilyasiya, yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqənin qurulması;
  • İşə götürülənlərə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlim verməli, işçilərin təlim sonrası bilik səviyyəsi yoxlanılmalı və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik edilməsi və s.

Tələblər:

  • Təhsil: Texniki Təhlükəsizlik Mühəndisliyi, Ətraf Mühit Mühəndisliyi və ya digər aidiyyatı texniki sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: SƏTƏM üzrə beynəlxalq və ya FHN tərəfindən verildiyi sertifikatlar tələb olunur;
  • ISO 45001, ISO 41001 standartları haqda ümumi biliklər, Azərbaycan Respublikasının SƏTƏM və Yanğın Təhlükəsizliyi qaydaları haqda biliklər;
  • Tikinti, daşınmaz əmlak işləri barədə ümumi bilik və iş təcrübəsi arzu ediləndir;
  • Agile, Lean iş metodları barədə biliklərin olması arzu ediləndir;
  • Xarici dil: İngilis dili (yaxşı), rus (orta);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Digər: Güclü ünsiyyət bacarığı, liderlik, konflikti həll etmək, idarəetmə, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

İşəgötürənin reytinqi