Database Administrator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • verilənlər bazasının layihələndirilməsi;
  • verilənlər bazasında təhlükəsizliyin təmin edilməsi;
  • verilənlər bazasının bütövlüyünün təmin edilməsi.
  • verilənlər bazasının idarəetmə sistemlərinin proqram təminatı ilə idarə edilməsi;
  • verilənlər bazası obyektlərinə giriş səviyyələrinin idarə edilməsi;
  • verilənlər bazasının idarəetmə sistemlərinin işində nasazlıqların aradan qaldırılması;
  • verilənlər bazasının idarəetmə sistemlərinin monitorinqi;
  • verilənlər bazalarının ehtiyat nüsxəsinin çıxarılması, arxivləşdirilməsi və bərpası üzrə gündəlik (müntəzəm) prosedurların həyata keçirilməsi;
  • verilənlər bazasının idarəetmə sisteminin yeni versiyasına keçidin təmin edilməsi;
  • istifadəçi hesablarının idarə edilməsi;
  • verilənlər bazasının idarəetmə sistemlərinin administrasiyası üçün tətbiqi proqram təminatının quraşdırılması və konfiqurasiyası;
  • verilənlər bazasının idarəetmə sistemlərinin fəaliyyəti haqqında hesabatların hazırlaması;
  • verilənlər bazasının idarəetmə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • əməliyyat və texnoloji sənədləri saxlanılması;
  • verilənlər bazasının idarəetmə sistemləri üçün server proqramını quraşdırılması və konfiqurasiyası;
  • verilənlər bazasının idarəetmə sistemləri ilə işləmək bacarığı (Microsoft SQL Server, MySQL, Oracle Database);
  • SQL,PLSQL sorğulama dili, verilənlər bazasının idarəçiliyi, konfiqurasiya və optimallaşdırma prinsiplərinin anlayışı.

Tələb edilən bilik və təcrübə:

  • ali riyazi, iqtisadi və ya texniki təhsil
  • müvafiq sahə üzrə ən azı 2 il iş stajı
  • verilənlər bazasının layihələndirmə texnologiyası;
  • verilənlər bazasının strukturlarının təşkili;
  • proqramlaşdırma dilləri və proqram təminatı;
  • kompüter texnologiyasını, onun həyata keçirilməsi, işləmə prinsiplərini və alqoritmlərini;
  • tətbiqi proqramların və verilənlər bazalarının yaradılması zamanı “Client – Server” texnologiyasından istifadə xüsusiyyətlərini;
  • müxtəlif tipli lokal kompüter şəbəkələrinin xüsusiyyətlərini və istismar xüsusiyyətlərini;
  • qlobal kompüter şəbəkəsində işin texnika və üsullarını;
  • informasiyanın proqram təminatı ilə mühafizə üsullarını;
  • mövcud normativ sənədlərin əsas müddəaları;
  • informasiyanın mexanikləşdirilmiş emalı texnologiyası;
  • texniki informasiya daşıyıcılarının növləri;
  • informasiyanın təsnifatı və kodlaşdırılması üsullarını;
  • mövcud standartlar, hesablama sistemləri, şifrələr və kodlar;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 12 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına mövzu hissəsində “Database Administrator” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.