İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Sosial şəbəkələrin idarə olunmasına nəzarət edir
 
	- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur
 
	- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir
 
	- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir
 
	- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır
 
	- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır
 
	- Müştəri bazasını genişləndirir
 
	- Şirkət bloqunun moderasiyasını aparır
 
	- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir
 
	- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir
 
	- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir
 
İş şəraiti:
	- 5 günlük iş həftəsi
 
	- tam qrafik
 
	- ünvan : Badamdar şossesi 5
 
Namizədə tələblər:
	- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
 
	- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq
 
	- Marketinqin əsas prinsiplərini yaxşı bilmək
 
	- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
 
	- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir
 
	- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür
 
	- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
 
	- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq
 
Əməkhaqqı: 1500 azn (başlanğıc)