Hüquqşünas

İşin təsviri

Təsvir:

  • Şirkətdaxili siyasət və prosedurların tələblərinin yerinə yetirilməsinə nəzarət;
  • Hüquq xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Şirkətin fəaliyyəti zamanı hüquqi uyğunluq məslələrini tənzimləmək;
  • Müqavilə layihələr hazırlamaq, şirkətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlər hüquqi rəy vermək, daxili prosedurların, qaydaların , təlimatların və.s, hazırlanmasında iştirak etmək və təlmilləşdirməsi məqsədi ilə rəy və təkliflər vermək;
  • Hüquqi məsələlərlə bağlı müvafiq rəylərin verilməsi;
  • Qanunvericilikdə dəyişikliyin və ehtimal hüquqi risklərin analizi;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətləinə aid digər işləri icra etmək.

Tələblər:

  • İş təcrübəsi: 3 ildən artıq
  • Ali hüquqi təhsil
  • Yüksək yazı və nitq qabiliyyəti
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • Azərbaycan dili səlis, Rus dili, İngilis dili bilikləri mütləqdir.