IT Helpdesk

  • Unimac
  • Elanın qoyulma tarixi: 08.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə tələbləri:

  • Ali təhsil (informasiya texnologiyaları, komputer mühəndisliyi ixtisası )
  • Dil bilikləri: İngilis dili;Rus dili
  • İş təcrübəsi:2 il
  • Kompüter bilikləri: Microsoft Windows 7, 10, 11  əməliyyat sistemlərini yaxşı səviyyədə bilməli 
  • TCP/IP, LAN, WAN, VPN bilikləri
  • Analitik düşünmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Şirkətin tələblərinə uyğun olaraq informasiya texnologiyalarının əmək prosesinə tətbiqi 
  • Tələb yarandıqda yeni avadanlıqların axtarışı, alışı və lazım gələrsə işə hazır vəziyyətə gətirilməsi;
  • Avadanlıqların proqram və aparat təminatının servisi;
  • Avadanlıqların işçilərə təhkim olunması və təhvil-təslim aktı əsasında prosesin nizamlanması, işçi avadanlıqla səliqəsiz davrandığı zaman uyğun tədbirlərin həyata keçirilməsi ücün rəy vermək;
  • İşçilərin IT ilə bağlı suallarına ilkin yardım, həll olunması və uyğun köməkliyin göstərilməsi;
  • Şirkətdaxili elektron mal dövriyyəsi sistemini öyrənməli, lazım gələrsə köməklik göstərməlidir ;
  • Şirkətə aid obyektlər arasında , habelə obyektlər daxili şəbəkə infrastrukuruna xidmət olunması, şəbəkə administrasiyası ilə bağlı digər proseslərin icrası ;
  • İnformasiya sisteminin tətbiqi vəzifələrini, informasiya sisteminin inkişafı və tətbiqi istiqamətlərini müəyyən edir. Xidmətlərdə pozuntuların aradan qaldırılması (problemin idarə edilməsi).
  • Sistemin düzgün işləməsini təmin edir və istismar zamanı baş verən pozuntuların aradan qaldırılması üçün operativ tədbirlər görür.
  • Müəssisənin avtomatlaşdırılmasında dəyişiklikləri təxmin edir və proaktiv idarəetmə tədbirləri hazırlayır.
  • İnformasiya sisteminin istifadəsi və istismarı üçün təlimatların, metodiki və normativ materialların hazırlanmasına rəhbərlik edir.
  • İnformasiya sisteminin müasirləşdirilməsi üçün hesabatlar, təkliflər hazırlayır

Digər məlumatlar:

Vakansiya üçün müraciət qaydası:CV-lərini mövzü yerində İT-helpdesk yazmaqla elektron poçtuna göndərə bilərsiniz.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.