Tender və satınalma mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili (səlis), Rus dili (orta), İngilis dili (orta)
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı

İş saatı: 09:00 - 18:00

bestbearings.az saytına daxil olaraq şirkət və şirkətin satdığı məhsullar haqqında məlumat əldə edə bilərsiniz.

Tələblərə cavab verən şəxslər CV-ni e-mail ünvanına mövzu yerinə Tender və satınalma mütəxəssisi yazaraq göndərə bilərlər.

Qeyd: Yalnız e-mail ünvanına gələn CV-lərə baxılacaq.