SƏTƏM mütəxəssisi

İşin təsviri

Namizədə Tələblər:

  • Əməyin təhlükəsizliyi və ya müvafiq sahədə minimum bakalavr dərəcəsi 
  • Sahə üzrə 5-10 il təcrübə mütləqdir (qida istehsalı müəssisəsində təcrübə üstünlükdür)
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili təlimləri keçirmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət ;
  • İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
  • Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
  • SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək;
  • Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
  • Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması; 
  • Tələb olunan hesabatların vaxtında və qaydasında təqdim edilməsi.

Əmək haqqı: 900 - 1200 manat (təcrübədən asılı olaraq)

İş qrafiki: 6 günlük.

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.