Qaraj müdiri

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 02.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Avtomobillərin sənədləşmə işlərini həyata keçirmək;
  • Mütəmadi olaraq avtomobillərin texniki baxışdan keçməsini təmin etmək;
  • Avtomobil nəqliyyatının hərəkətdə olan nəqliyyat vasitələrinin lazımi vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Xətlərdə olan avtomobillərə texniki yardımın göstərilməsini təşkil etmək;
  • Avtomobillərin saz buraxılmasını və təsdiq olunmuş qrafikə müvafiq təşkil etmək;
  • Sürüсülər tərəfindən avtonəqliyyatın texniki istismar qaydalarına uyğun nəzarəti həyata keçirmək;
  • Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda xətdən qayıdarkən qəbul zamanı onun nasazlığının müəyyən edilməsinin təmin edir;
  • Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirir və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirir və onların aradan qaldırılması üçün tədbirlər görür;
  • Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlayır və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
  • Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsində iştirak edir;
  • Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
  • Xəttə çıxmazdan əvvəl sürücülərə göstəriş verir;
  • Yeni hərəkət hissələrinin qəbulunda və eləcə də avtomobillərin hesabdan silinməsində və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak edir, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirir;
  • Yük avtomobillərin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənir, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil edir, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
  • İşlənən materialların sərf edilmə normalarına riayət olunmasını təmin edir;
  • Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məsələləri ilə bağlı səmərələşdirici təkliflərə baxılmasında iştirak edir, qəbul olunmuş təkliflərin tətbiq olunmasını təmin edir.

Əsas tələblər:

  • Ali təhsil 
  • Qaraj müdiri vəzifəsində 3 ildən yuxarı iş təcrübəsinə malik olmaq;
  • Avtomobil sahəsi üzrə (əsasən iri tonajlı texnika) biliklərə malik olmaq;
  • Sürücülük vəsiqəsinə malik olmaq;
  • Sərbəst iş qrafikində işləməyə və mütəmadi olaraq regionlara səfər etməyə hazır olmaq;
  • Microsoft Office (Word və Excel) proqramlarından sərbəst istifadə etmək;
  • Ciddi, məsuliyyətli və dəqiq olmaq;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyətinə malik olmaq.
  • Rus dili arzuolunandır.
  • Yaş həddi 30-50

Əmək haqqı 1500 NET.

Müraciət üçün CV-nizi elektron ünvanına Mövzu hissəsində vəzifənin adını yazaraq göndərməyiniz xahiş olunur.

Crystal Group tərəfindən digər vakansiyalar